İrəvanda qalmaqallı həbs: Orduya köhnə raketlər alınırmış

İrəvanda qalmaqallı həbs: Orduya köhnə raketlər alınırmış
  25 Sentyabr 2021    Oxunub:2291
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Silahlı Qüvvələrin aviasiya idarəsinin keçmiş rəisinə qarşı cinayət işi açıb. Azvision.az xəbər verir ki, bu barədə MTX məlumat yayıb.
Bildirilir ki, yüksək rütbəli ordu məmuru yararsız vəziyyətə düşmüş, istifadə müddəti başa çatmış raketləri tədarük etməkdə ittiham olunur.

İrəvan məğlubiyyətin günahkarını axtarır: Əsas hədəf Arutyunyanlardır
Məlum olub ki, hələ 2011-ci ildə silah tədarük edən şirkətlərdən biri 1985-1991-ci illərdə istehsal olunan raketləri alaraq onların bəzilərini "endirimli" qiymətlərlə Müdafiə Nazirliyinə göndərib. Sursatlar istifadə müddəti bitdiyinə görə qəbul edilməyib. Buna baxmayaraq Müdafiə Nazirliyində saxlanılıb.

-Aviasiya şöbəsinin müdiri, bir qrup məmurla birlikdə saxta sənədlər vasitəsi ilə raketləri yenidən hərbi şöbəyə satıb. Özü də bunu bazar qiymətindən daha yüksək qiymətə reallaşdırıb. Ordunun real ehtiyaclarına baxmayaraq, aviasiya idarəsinin rəisi, demək olar ki, 2,8 milyard dram (cari məzənnə ilə təxminən 5,6 milyon dollar-red.) məbləğində müqavilə imzalayaraq çoxlu sayda belə raketlərin alınması üçün sənəd təqdim edib. Nəticədə, Müdafiə Nazirliyinin anbarlarına saxlama müddətinə və tələb olunan texniki parametrlərə uyğun olmayan döyüş sursatı daxil olub.

MTX qeyd edir ki, bu raketlərin bir qismi "satın alındıqdan" bir müddət sonra istismardan çıxarılıb, qalanları isə 44 günlük müharibə də daxil olmaqla ümumiyyətlə heç vaxt istifadə etmək mümkün olmayıb.

-Hazırda həmin keçmiş yüksək rütbəli hərbçi saxlanılıb və onu həbs olunması üçün məhkəməyə vəsatət verilib. Cinayətdə iştirak edən şəxslərin hər birinin müəyyən edilməsi və dəymiş ziyanın bərpası üçün əməliyyat -istintaq tədbirləri davam etdirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   İrəvan   Ordu   Raket  





Xəbər lenti