Almaniyada “exit-poll”un ilkin nəticələri açıqlanıb

Almaniyada “exit-poll”un ilkin nəticələri açıqlanıb
  26 Sentyabr 2021    Oxunub:989
Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası Bundestaq seçkilərində 26 faiz səslə liderdir.
Azvision.az xəbər verir ki, bu barədə “Mannheimer Forschungsgruppe Wahlen” tədqiqat institutunun “ZDF” telekanalı üçün keçirdiyi “exit -poll”un nəticəsində qeyd olunub.

XDİ/XSİ bloku isə seçicilərin 24 faiz səsini toplayıb. Annalena Berbokun lideri olduğu Yaşıllar Partiyası 14,5 faiz, Azad Demokrat Partiyası 12 faiz və millətçi “Almaniya üçün Alternativ” (AdQ) partiyası isə 10 faiz səs toplayıb.

Seçkilərin yekun nəticələri təxminən iki həftə sonra dərc ediləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti