Türkiyədə daha 228 nəfər virusdan ölüb

Türkiyədə daha 228 nəfər virusdan ölüb
  26 Sentyabr 2021    Oxunub:576
Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 228 nəfər həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 341 221 nəfərdən test götürülüb, onların 25 861-nin testi pozitiv nəticə verib, 24 875 nəfər sağalıb.

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.10%-nə bir doza, 70,18%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti