İsrailin baş naziri Bəhreyn və BƏƏ nazirləri ilə görüşüb

İsrailin baş naziri Bəhreyn və BƏƏ nazirləri ilə görüşüb
  27 Sentyabr 2021    Oxunub:642
İsrailin baş naziri Naftali Bennet ABŞ-da Bəhreynin xarici işlər naziri Abdel Lətif al-Zayani və BƏƏ-nin dövlət naziri Xəlifə Şahin al-Marar ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bennet bildirib ki, böyük əhəmiyyət kəsb edən sülh sazişlərinin imzalanmasının ildönümündə bir araya gəlmək çox vacibdir.

"Biz sabitik, bu əlaqələrə inanırıq və onu mümkün qədər genişləndirmək istəyirik", - baş nazir deyib.

Bir gün əvvəl Bennet Birləşmiş Ştatlara yola düşüb, burada o, BMT Baş Assambleyasında çıxış edəcək.

Xatırladaq ki, 2020-ci ildə ABŞ, İsrail və ərəb ölkələri arasındakı münasibətləri normallaşdırmağa yönəlmiş bir proses başlatdı. Proses nəticəsində sülh sazişlər imzalandı. Sazişlərə BƏƏ, Bəhreyn, Mərakeş və Sudan qoşulub. Fələstin Administrasiyası ərəb ölkələrinin İsraillə münasibətləri normallaşdırmaq üçün atdığı addımları tənqid edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İsrail   BƏƏ   Bəhreyn  





Xəbər lenti