“Zəngəzur dəhlizi Ermənistanın əlaqələri normallaşdırmağa başlamasının bir şərtidir”

 “Zəngəzur dəhlizi Ermənistanın əlaqələri normallaşdırmağa başlamasının bir şərtidir”
  27 Sentyabr 2021    Oxunub:1217
“Zəngəzur dəhlizi Ermənistanın əlaqələri normallaşdırmağa başlamasının, əlbəttə ki, bir şərtidir. Çünki 10 noyabr Bəyanatında bu əksini tapıb. Ermənistan bu öhdəliyi üzərinə götürüb”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.Dövlət başçısı qeyd edib ki, Ermənistan bu öhdəliyi yerinə yetirməsə, o zaman hansı normallaşmadan söhbət gedə bilər?

“İkincisi, yenə əvvəlki fikirlərimə qayıdıram. Ermənistan müharibədən sonrakı mərhələni çox düzgün analiz etməlidir. Artıq vəziyyət tamamilə fərqlidir. İndiki vəziyyət güclərin nisbətini açıq göstərir. İşğal zamanı da biz həm özümüzün, həm də Ermənistan ordusunun hansı üstünlüklərə malik olduğunu bilirdik. İndi bunu bütün dünya görür. Ona görə indiki vəziyyətdə Ermənistanın Azərbaycanla əlaqələrini normallaşdırması üçün daha çox səy göstərməsinin lazım olduğu qənaətindəyəm. Çünki bu, onlar üçün vacibdir. Biz bunsuz da yaşaya bilərik, necə ki yaşamışıq. İndi də yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki o böyük əraziyə yenidən sahib olduq. Öz torpaqlarımıza qayıtdıq. Onların vəziyyəti daha da pisləşdi. Ona görə də daim münaqişədə olmaq, qonşularla əlaqələri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış addımdır”.

Azvision.az


Teqlər: Anımgünü  





Xəbər lenti