Türk Şurasının XİN rəhbərləri şəhidlərimizin xatirəsin yad edib

Türk Şurasının XİN rəhbərləri şəhidlərimizin xatirəsin yad edib
  27 Sentyabr 2021    Oxunub:708
Türk Şurasının xarici işlər nazirləri İstanbulda keçirilən növbədənkənar iclasda Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edib.
Azvision.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov toplantıda 44 günlük müharibə dövründə və müharibədən sonra azad edilmiş ərazilərin bərpa və yenidənqurma işlərində göstərdikləri həmrəyliyə görə təşəkkürünü bildirib. Toplantı iştirakçılarından Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad olunmasını xahiş edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, bu gün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə nəticələnən 44 günlük müharibənin başlamasının birinci ildönümüdür: “Başda azərbaycanlı qəhrəmanlar olmaqla vətənlərimizin qorunması və müstəqilliyi üçün canını verən bütün şəhidlərimizi rəhmətlə anırıq”.

Daha sonra görüş iştirakçıları şəhidlərimizin xatirəsini yad ediblər.

Xatırladaq ki, nazirlər Əfqanıstan məsələsini müzakirə etmək üçün İstanbulda bir araya gəliblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türk-Şurası   Azərbaycan   Şəhidlər  





Xəbər lenti