Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur
  27 Sentyabr 2021    Oxunub:932
Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.
"Yeni Klinika"dan Azvision.az -a verilən məlumata görə, E.Əşrəfoğlunun ECMO dəstəyi davam edir: "Vəziyyətində dəyişiklik yoxdur".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti