ABŞ Suriya və İraqdan da çıxmalıdır - Ərdoğan

   ABŞ Suriya və İraqdan da çıxmalıdır -  Ərdoğan
  27 Sentyabr 2021    Oxunub:937
ABŞ qoşunları Əfqanıstanı tərk etdikləri kimi, Suriya və İraqdan da getməlidirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “SBS” telekanalına verdiyi müsahibədə belə bəyanatla çıxış edib.
Azvision.az xəbər verir ki, Türkiyə prezidenti əgər onun seçiminə qalsa, Əfqanıstandan çıxan ABŞ-ın analoji qaydada Suriya və İraqdan da getməsini istədiyini bildirib. “Çünki biz bütün dünyada sülh yaratmaq istəyiriksə, onda bu regionlarda qalmağın mənası yoxdur. Biz sadəcə bu bu xalqların, buradakı idarəetmə orqanlarının özlərinin qərar çıxarmasına imkan verə bilərik”, - Ərdoğan bildirib.

“Belə olarsa bu o deməkdirmi ki, Türkiyə Suriyada ABŞ-ın yerini tutmaq niyyətindədir?” sualına Türkiyə prezidenti çox ibrətamiz cavab verib: “İcazə verin, aydın və vicdanlı şəkildə deyim: o yerlərdə ki bizim qalmağımızı istəmirlər, biz orada qalmayacağıq. O yerlərdə ki bizim iştirakımıza sevinmirlər, biz orda iştirak etməyəcəyik”.

Rəcəb Tayyib Ərdoğan eyni zamanda Suriyada və İraqda sülhün yaradılması istiqamətində ABŞ, Ruisya, İran və Türkiyənin kollektiv şəkildə işləyə biləcəklərinə ümidli olduğunu qeyd edib.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ərdoğan   ABŞ  





Xəbər lenti