"Ötən ilin bu günü erməni xalqının rüsvayçılığı başladı"- Gevorqyan

   "Ötən ilin bu günü erməni xalqının rüsvayçılığı başladı"-   Gevorqyan
  27 Sentyabr 2021    Oxunub:685
Tanınmış erməni blogger, hərbi məsələləri araşdıran Aram Gevorqyan İkinci Qarabağ müharibəsinin başlanmasının ildönümü ilə bağlı danışıb.
Azvision.az xəbər verir ki, yerli mediaya açıqlama verən Gevorqyan məğlubiyyətlərini xalqın rüsvayçılığı kimi qiymətləndirib

- Düz bir il əvvəl bu gün xaos başladı. Döyüş 44 gün davam etdi, amma biz hələ də müharibə vəziyyətindəyik. Vətəndaşsızlığa, əsgərlərin xatirəsini inkar edənlərə, qohumlarının qanını satanlara, qanı pul ilə yuyanlara qarşı mübarizə davam edir. Bu xaos deyil bəs nədir?

Yaxşı ki, oğlanlarımız niyə öldüklərini anlamırlar. Düz bir il əvvəl erməni xalqının tarixində utancverici bir səhifə açıldı. Ermənistan tarixində ilk dəfə olaraq xalq döyüşlərdə öldürülən oğullarından imtina etdi. Tariximizdə ilk dəfə olaraq xalq Qarabağdan da imtina etdi... Düz bir il əvvəl, bu gün erməni xalqının rüsvayçılığı başladı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Məğlubiyyət   Ermənistan  





Xəbər lenti