"Taliban" ABŞ-a xəbərdarlıq etdi

"Taliban" ABŞ-a xəbərdarlıq etdi
  28 Sentyabr 2021    Oxunub:1237
"Taliban" ABŞ-ı pilotsuz uçan aparatların Əfqanıstanın hava məkanına qanunsuz daxil olmaqda ittiham edib.
Azvision.az
xəbər verir ki, müvafiq bəyanata bu gün hərəkatın nümayəndəsi Zabihullah Mücahidin tviter səhifəsində çıxış edib.

Məlumatda deyilir ki, ABŞ pilotsuz təyyarələrini hava sahəmizə göndərməklə "Əfqanıstan İslam Əmirliyi"nin suverenliyini və beynəlxalq hüquq normalarını pozub:

"Belə halların qarşısı alınmalıdır. Biz ABŞ -ı "Taliban" və Vaşinqton arasında" imzalanan Doha razılaşmalarına riayət etməyə çağırırıq. Əks təqdirdə, bunun nəticəsi ola bilər".

Azvision.az



Teqlər: Taliban   ABŞ  





Xəbər lenti