Şəkli Mehriban Əliyevanın əlində olan Narin - Erməni terrorunun ən azyaşlı qurbanı

  Şəkli Mehriban Əliyevanın əlində olan Narin  - Erməni terrorunun ən azyaşlı qurbanı
  27 Sentyabr 2021    Oxunub:2697
Bu gün Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüz soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən yürüşdə Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə terroru zamanı şəhid olmuş azyaşlı Narin Xalıqovanın fotosu əks olunmuş plakatla addımlayırdı.
Azvision.az xəbər verir ki, Narin Teymur qızı Xalıqova 2019-cu il dekabrın 17-də Gəncə şəhərində doğulub. Ailənin tək övladı olan 1 yaşlı Narin 5 illik həsrətin sonunda dünyaya göz açmışdı. Narin Xalıqova 2020-ci il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində anası Sevil Əsgərova, həmçinin yaxın qohumları Suliddin Əsgərov, Bəxtiyar Əsgərov, Nigar Əsgərova ilə birlikdə həlak olub. Nazirlər Kabinetinin qərarına əsasən, Narin Teymur qızı Xalıqovaya şəhid statusu verilib.

Qeyd edək ki, işğalçı Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: Birincivitse-prezident   Mehriban-Əliyeva   Gəncə   Terror   Narin-Xaliqova  





Xəbər lenti