İran gələn ay Azərbaycanla quru sərhədlərini açacaq

İran gələn ay Azərbaycanla quru sərhədlərini açacaq
  27 Sentyabr 2021    Oxunub:1176
İran oktyabrın 23-dən turistlər üçün quru sərhədlərini açacaq.
Azvision.az xəbər verir ki, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.

O deyib ki, ölkə Prezidenti Seyid İbrahim Rəisi hökumətin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib. Bununla bağlı aidiyyəti qurumlara, o cümlədən sərhəd-buraxılış məntəqələrinə müvafiq tapşırıqlar verilib. Sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR testi təqdim etməli, eyni zamanda İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.

Qeyd olunub ki, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Naxçıvan Muxtar Respublikası, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.

Azvision.az



Teqlər: İran   Azərbaycan   Sərhəd  





Xəbər lenti