Azərbaycan bayrağı İndoneziyanın ən hündür binasında

Azərbaycan bayrağı İndoneziyanın ən hündür binasında
  27 Sentyabr 2021    Oxunub:1119
İndoneziyanın paytaxtı Cakarta şəhərinin ən hündür binası olan “Gama Tower”in üzərində Azərbaycan bayrağının rəngləri nümayiş olunub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın İndoneziyadakı səfirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

"Vətən müharibəsində həlak olan şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla Azərbaycan bayrağının Anım Günü nümayişi", - paylaşımda bildirilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

Azvision.az



Teqlər: Azərbaycan   İndoneziya   Anım-Günü  





Xəbər lenti