"İşğaldan azad edilmiş ərazilərdə daha 78 mina aşkarlanıb" - ANAMA

"İşğaldan azad edilmiş ərazilərdə daha 78 mina aşkarlanıb" -    ANAMA
  27 Sentyabr 2021    Oxunub:835
ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Azvision.az -a bildirilib ki, sentyabrın 20-dən 25-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 72 piyada əleyhinə, 6 tank əleyhinə mina və 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 185 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azvision.az


Teqlər: Mina  





Xəbər lenti