
- Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub, tonqalın ətrafında yallı gedək - deyə arzusunu dilə gətirən balaca Ağaseyid söz verib ki, qəhrəman atası kimi o da hər zaman Vətəni qoruyacaq.