Qətərdə yaşayan azərbaycanlılar bəyanat yaydı

Qətərdə yaşayan azərbaycanlılar bəyanat yaydı
  27 Sentyabr 2021    Oxunub:654
Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkənin dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib.

Qırx dörd gün davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edilməsi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxması, hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə minalardan təmizlənmə prosesini həyata keçirməsi, yenidənqurma və tikinti işlərinə başlaması nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyət Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.

Azvision.az


Teqlər: Qətər  





Xəbər lenti