ABŞ rəsmiləri həmsədrlərlə görüş keçirib

  28 Sentyabr 2021    Oxunub :271
ABŞ rəsmiləri həmsədrlərlə görüş keçirib
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Derek Hoqan və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Amanda Sloat ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və İqor Xovayevlə (Rusiya) görüşüblər.
Azvision.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər, keçən həftə BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk görüşünün keçirilməsinə yardım göstərdiklərini qeyd ediblər. Ötən il sentyabrın 27-də Qarabağda aktiv hərbi əməliyyatların başladığını xatırladan iştirakçılar hər iki tərəfdən insanların ölümü ilə əlaqədar başsağlığı veriblər. Onlar regionda sülhə nail olmaq və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının yalnız qalan bütün məsələlərin hərtərəfli həlli ilə mümkünlüyünü söyləyiblər.

Hoqan və Slout həmsədrlərin səylərini və Ermənistanla Azərbaycanın bölgədə təhlükəsizliyi, sabitliyi və firavanlığı təşviq etmək məqsədi ilə birbaşa dialoq yolu ilə sülh prosesini bərpa etmək əzmini alqışlayıblar. ABŞ-ın qalan bütün problemlərin həllində, o cümlədən itkin düşənlər, minalardan təmizlənmə ilə əlaqədar Ermənistan və Azərbaycana kömək etmək üçün digər həmsədr ölkələrlə əməkdaşlığı davam etdirməkdə qərarlı olduğunu vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Həmsədrlər   Qarabağ  







Xəbər lenti