Robot texnologiyasında yeni istiqamət

Robot texnologiyasında yeni istiqamət
  23 Mart 2014    Oxunub:1335
Həyatınızı dəyişdirəcək robotlar.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, sənaye tipli robotlardan fərqli olaraq insanların gündəlik ehtiyaclarını ödəmək üçün yeni robot layihələri hazırlanır.

Beynəlxalq Robot Federasiyasına görə robot sənayə büdcəsinin 2013-cü ildə 17 milyard avro olacağı güman olunurdu. 2018-ci ildə isə bu rəqəmin 100 milyard avro olacağı təxmin olunur.
Mütəxəssislər dörd il sonra bu sahənin yaradacağı iş həcminin internetin ilk illərində yaratdığı iş həcmindən daha çox olacağını söyləyirlər.

Yalnız iş sahəsində deyil, gündəlik həyatımızda da insanlara yardımçı olacaq robotların hazırlanması planlaşdırılır. Məsələn, 80 santimetr uzunluğundakı bir robot qapı açmaq, ev işləri görmək üçün kiçik ola bilər, ancaq uşaqların gündəlik vərdişləri öyrənməsində əvəzsiz köməkçi sayıla bilər. /modern/


Teqlər:





Xəbər lenti