Qazaxıstan Taliban hökuməti ilə danışıqlar aparıb

Qazaxıstan Taliban hökuməti ilə danışıqlar aparıb
  28 Sentyabr 2021    Oxunub:999
Qazaxıstanın Əfqanıstandakı səfiri Alimxan Yesengeldiyev Kabildə müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mutaki ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, diplomatlar Əfqanıstan xalqına ərzaq və digər humanitar yardımların çatdırılması məsələlərin müzakirə ediblər.

"Taliban" hökumətinin XİN başçısı Qazaxıstan tərəfinə çətin keçid dövründə Əfqanıstan xalqına maddi yardım göstərmək istəyinə görə təşəkkürünü bildirib.
Mutaki deyib ki, yeni Əfqanıstan hakimiyyəti bütün ölkələrlə, ilk növbədə qonşuları və bölgə dövlətləri ilə sülh münasibətləri qurmağa hazırdlr. O, yeni hökumətin Əfqanıstan ərazisindən hər hansı bir təhlükəsizlik təhdidinin yaranmasının qarşısını almağa hazır olduğuna da əmin edib.

Əmir Xan Mutaki, Qazaxıstanın Əfqanıstan istiqaməti də daxil olmaqla xarici siyasətinin hörmətə layiq olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Qazaxıstan  





Xəbər lenti