Ermənistanda Qarabağ məğlubiyyətinə görə 800 nəfər ittiham olunur

  28 Sentyabr 2021    Oxunub :333
   Ermənistanda Qarabağ məğlubiyyətinə görə    800 nəfər    ittiham olunur
Ermənistanın Baş prokurorluğu İkinci Qarabağ müharibəsi zamanı yol verilmiş pozuntulara görə iki mindən çox cinayət işi açıb.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, cinayət işləri orduya çağırışdan yayınma, xidmət yerini özbaşına tərk etmə, qanunsuz silah və döyüş sursatı, habelə partlayıcı maddələrin əldə edilməsi, onların Dağlıq Qarabağdan Ermənistana çatdırılması, əmrlərin yerinə yetirilməməsi, döyüş qaydalarının pozulması ilə bağlıdır. Həmçinin, Şuşa, Lələ təpə, Cəbrayıl, Hadrut, Xocavənd döyüşlərində Ermənistan qüvvələrinin ağır məğlubiyyətə uğraması da cinayət işlərinə daxildir.

Bundan başqa, itkin düşmüş, əsirlikdə olan hərbçilərin qohumlarını aldadaraq pul tələb etmə ilə bağlı da araşdırma aparılır.

Qeyd edilən hallar üzrə 800-dən çox adam təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında yüksək rütbəli hərbçilər də var.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Müharibə   Ermənistan   Cinayət  







Xəbər lenti