Gürcüstanda yoluxma yenidən artıb

Gürcüstanda yoluxma yenidən artıb
  28 Sentyabr 2021    Oxunub:552
Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları yenidən artıb.
Azvision.az xəbər verir ki, son sutkada ölkədə daha 2185 nəfərdə koronavirusa yoluxma təsdiqlənib, 2 010 nəfər müalicə olunaraq sağalıb, 40 pasiyent pandemiyanın qurbanı olub.

Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib ki, ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 609 340-a, sagalanların sayı 580 891-ə ölənlərin sayı isə 8 884-ə çatıb.

Hazırda ölkədə 19 539 aktiv koronavirus xəstəsi var.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti