"Qarabağ razılaşmasının əsas nəticəsi sabitlikdir" - Lavrov

   "Qarabağ razılaşmasının əsas nəticəsi sabitlikdir" -    Lavrov
  28 Sentyabr 2021    Oxunub:895
"Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması ilə bağlı əldə etdiyi razılaşmanın əsas nəticəsi orada vəziyyətin sabitləşməsidir".
Azvision.az xəbər verir ki, xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

"9 noyabr (10 noyabr-red.) 2020-ci ildən bu yana keçən təxminən bir ilin əsas nəticəsi sabitliyin bərqərar olması, qorunub saxlanılmasıdır. Rusiya sülhməramlı kontingentnin səyi nəticəsində hazırda heç bir zorak hərəkətlər üşahidə etmirik. İlkin mərhələdə olan kiçik hadisələr tez bir zamanda aradan qaldırıldı. Bir daha vurğulamaq istərdim ki, orada vəziyyətin sabitdir, baxmayaraq ki, bir çox problem də var", - Lavrov deyib.

O, qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Nyu-Yorkda Bakı və İrəvanla Dağlıq Qarabağ bölgəsinə işgüzar səfərlərinin bərpası barədə razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Sergey-Lavrov   Qarabağ  





Xəbər lenti