"Ölkəmizin 27 sentyabrdan başlayan çöküşü hələ də davam edir"- Melikyan

  28 Sentyabr 2021    Oxunub :366
"Ölkəmizin 27 sentyabrdan başlayan çöküşü hələ də davam edir"-   Melikyan
Erməni cəmiyyətinin bir çox fəal nümayəndəsi kimi tanınmış hüquq müdafiəçisi Ruben Melikyan da İkinci Qarabağ müharibəsinin acı nəticələrindən gileylənib.
Azvision.az xəbər verir ki, Melikyan Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibənin hələ də onların dövlətini çökdürməkdə davam etdiyini etiraf edib.

-Dünən çox emosional bir gün idi. Hamımızın, istisnasız olaraq hər kəsin 27 sentyabr ilə əlaqəli duyğuları var. Biri qəzəblə, digəri kədərlə, üçüncüsü ümidsizliklə doludur. İnsanlardan biri səmimi, digəri riyakar, başqası isə nə qədər səmimi və ya nə qədər riyakar olduğunu belə anlamır.

Tonoyanın "üfiqi əlaqəsi": Keçmiş nazir niyə dindirilmir?
Ancaq hər kəsin duyğuları var. Və hamımız başa düşürük ki, "27 sentyabr" çöküşü davam edir... Ölkəmiz hələ də məhvə doğru gedir, çökməkdədir və biz bir komanda olaraq bu prosesi dayandıra bilən ideoloji, proqramlı və kadrlı "həyat xəttini" tapmırıq. Çıxış yolu axtaranların olması yaxşıdır. Pis xəbər isə budur ki, onların sayı azdır, hətta nadir hallarda rast gəlinir!

Qeyd edək ki, 27 sentyabr İkinci Qarabağ müharibəsinin başlandığı gündür. Müharibədə Azərbaycan qələbə qazandığı halda rəsmi İrəvan kapitulyasiya aktına imza ataraq yerdə qalan qoşunlarını tarixi torpaqlarımızdan çıxarıb. Müharibə işğalçı orduya o qədər baha başa gəlib ki, mövcud hakimiyyət hələ də ölü və itkin sayını gizlin saxlayır. Bu səbəbdən də 27 sentyabr Azərbaycanda anım günü, qürurla xatırladığımız Vətən savaşının başlandığı gün kimi qeyd edildiyi halda, Ermənistanda məğlubiyyətin başlandığı gün kimi xatırlanır.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Müharibə  







Xəbər lenti