İrəvanda müəmmalı qətl: Məşhur iş adamının qızı güllələndi

  28 Sentyabr 2021    Oxunub :540
   İrəvanda müəmmalı qətl:   Məşhur iş adamının qızı güllələndi
Ermənistanda qalmaqallı cinayət hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, yerli media məşhur "Gloria" geyim fabrikinin sahibi Baqration Dərbinyanın qızının güllələnməsi barədə məlumat yayıb.

İrəvanda eks-deputatın oğlunu güllələdilər
-Məşhur iş adamının qızı olan 27 yaşlı Diana Darbinyan İrəvanın mərkəzində baş verən atışma nəticəsində öldürülüb. Xatırladaq ki, sentyabrın 28 -i gecə saat 01:40 radələrində Azatutyan prospektindəki "Haqtanak" parkının yaxınlığında atışma olması və bir qadının ölməsi barədə məlumat yayılmışdı. Artıq kriminal saytlar hadisənin təfərrüatlarını öyrəniblər. Darbinyanın əri 29 yaşlı Vazgen Marqaryan da yaralanıb. Vazgeni xəstəxanaya çatdıra biliblər. Hüquq -mühafizə orqanları atəş açan şəxsin kimliyini müəyyən edib. Onun 24 yaşlı Levon E. olduğu aşkarlanıb.



Sayt iddia edir ki, kafelərdən birində davaya çevrilən mübahisədən sonra qadının əri ilə naməlum şəxs arasında atışma baş verib və bu səbəbdən də Zəfər parkı yaxınlığında 17 patron tapılıb. Bundan başqa "Kanaker-Zeytun" tibb mərkəzinin yaxınlığında, içərisində qan izləri olan və Rusiya dövlət nömrə nişanlı "Land Rover" markalı avtomobil də aşkarlanıb. Bəzi saytlar iddia edir ki, atışma adi məişət zəminində baş verən mübahisədən yaranmayıb, hadisənin siyasi motivləri də ola bilər.

Qeyd edək ki, bir neçə gün öncə İrəvanda gecə saatlarında atışma zamanı eks-deputatın oğlu öldürülmüşdü.



Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   İş-Adamı   Qətl  







Xəbər lenti