Gələn ay "Dubai Expo 2020" sərgisi açılacaq

  28 Sentyabr 2021    Oxunub :479
Gələn ay "Dubai Expo 2020" sərgisi açılacaq
"Dubai Expo 2020" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qızıl yubiley ilində gələcəyin şəhərində təşkil edilən Yaxın Şərq, Afrika və Cənubi Asiya regionunda keçiriləcək ilk dünya sərgisidir.
Azvision.az xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda deyilir.

Bildirilib ki, "Expo 2020" bir məkanda bütün dünyadır - insanları, icmaları və millətləri bir araya gətirərək körpülər qurmağa, hərəkətə ruhlandırmağa və real həyat çətinliklərinə real həllər təqdim etməyə həsr olunmuş qlobal təcrübədir.
Expo 2020" bu il oktyabrın 1-dən, 2022-ci mart ayının 31-dək davam edəcək.
Altı ay ərzində "Expo 2020", minlərlə ailəvi tədbirlər, heyrətamiz kəşfetmə təcrübələri və 18 yaşadək uşaqlar üçün ödənişsiz girişlə ziyarət edilməli olan bir ailə məkanı olacaq.

"Expo 2020" Dubayın cənubunda, Al Maktoum Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Dubay və Əbu Dabinin beynəlxalq hava limanlarından və kruiz terminallarından asanlıqla ora çatmaq mümkündür.

"Dubai Expo 2020"-nin biletləri artıq satışdadır - "Mövsüm biletləri" 135 dollardır, Mastercard debet və kredit kartı sahiblərinə 25 faiz endirim olunur.
Ailə paketi 258 dollardır və ora iki valideyn və üstəlik, dayə üçün "Mövsüm bileti" daxildir; qida və içkilərdə endirimlər; beş əlavə çoxgünlük kartlara 25 faiz endirim edilir və 125 BƏƏ valyutası dəyərində bir fotoşəkil vouçer də əlavə olunur. Çoxgünlük kartlar 53 dollardır. Bu kartların sahiblərinə ardıcıl 30 gün ərzində məhdudiyyətsiz giriş imkanı verir. 1 günlük biletlər 26 dollardır.

18 yaşadək uşaqlar, 60 və yuxarı yaşı olan ziyarətçilər və dünyanın hər hansı bir akademik müəssisəsindən etibarlı tələbə kimliyi olan tələbələrə ödənişsiz giriş veriləcək. Fiziki özəlliyi olan insanlar üçün ödənişsiz biletlər də mövcud olacaq, onları müşayiət edənlə birlikdə 50 faiz endirim olacaq.

Expo Proqramları:

Expo Live, Expo-nun qlobal innovasiya və tərəfdaşlıq proqramı 76 ölkədən 140 layihəni dəstəkləyir, hər biri çətin problemlərə innovativ həll yolları təklif edir, insanların həyatını yaxşılaşdırmağa və ya planetin qorunmasına kömək edir.
- Qlobal Ən Yaxşı Proqramı bütün dünyada genişləndirmək öhdəliyi ilə bəzi ən böyük problemlərə təsirli və davamlı həllər verən 50 layihəyə diqqət yetirir.

- Expo Təhsil Proqramı, orta məktəblərdən, BƏƏ və beynəlxalq universitetlərdən olan tələbələri həmyaşıdları, sənaye liderləri və qlobal mütəxəssislərlə əlaqə quraraq xüsusi seçilmiş turlara qatılmağa, praktiki bacarıqlara yiyələnməyə və gələcək karyeralarını formalaşdırmağa dəvət edir.

- Expo Məktəb Proqramı BƏƏ məktəbləri və müəllimləri ilə qarşılıqlı birgə fəaliyyətdə olaraq gənc nəsli ruhlandırır. Expo 2020 zamanı tələbələrə dörd fərdi–sifarişli məktəb turu çərçivəsində unikal öyrənmə təcrübəsi təklif edəcək.

- BƏƏ rezidentlərinin və fərqli millətlərdən olan ekspatların müxtəlif və inklüziv qarışığı olan 30 min "Expo 2020" könüllüsü, BƏƏ -nin inklüziv və qonaqpərvər ruhunu əks etdirən "Expo 2020 Dubai"nin üzü" olacaq.

- Exponun Dünya Məclisi qlobal düşüncə liderlərini ənənəvi Əmirlik məclisinə uyğun olaraq vacib söhbətlər üçün bir araya gətirəcək. Tədbirlərə məcburi maska taxmaq, əlləri dezinfeksiya edən məntəqələr və sosial məsafəni təmin etmək məhdudiyyətlər daxildir. Biletlərin əvvəlcədən sifariş edilməsi ciddi şəkildə təşviq edilir və ziyarətçilərdən pavilyon yerlərini sifariş etmək üçün Expo-nun Smart Queue sistemindən istifadə etmələri tövsiyə olunur.
Bütün Expo və Beynəlxalq İştirakçılar, könüllülər, podratçılar və xidmət təminatçıları aşılanmalıdır.

"Expo 2020"də iştirak etmək və ya "Expo 2020"ni məsafədən mediada işıqlandırmaq üçün akkreditə olunmaq lazımdır. Bunun üçün "Tawassul" media məlumat sistemində qeydiyyatdan keçmək lazımdır https://media.expo2020dubai.com/join-us?screenName=gLoginScreen&returnUrl=%2F

Bildirilir ki, jurnalistlər ən son məzmunlu kontenti əldə edərək maraqlı olduqlarını göstərən media akkreditəsini təqdim etməlidirlər: https://media.expo2020dubai.com/join-us?screenName=gLoginScreen&returnUrl=%2Fen%2Fmedia-centre%2Fexpression-of-interest

Azvision.az


Teqlər: BƏƏ   DubaiExpo  







Xəbər lenti