Makrona yumurta atan tələbə xəstəxanaya yerləşdiriləcək

 Makrona yumurta atan tələbə xəstəxanaya yerləşdiriləcək
  28 Sentyabr 2021    Oxunub:1993
Fransa Prezidenti Emmanuel Makrona Lionda qastronomiya salonunda yumurta atan gənc psixiatrik müayinədən keçib və məcburi xəstəxanaya yerləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Lyon prokurorluğu məlumat yayıb.

"Lyon prokurorluğunun tələbi ilə həmin şəxs psixiatrik müayinədən keçdi və onun öz hərəkətlərinə görə hər hansı reaksiya vermədiyi aydın oldu. Onun məcburi xəstəxanaya yerləşdirilməsi lazımdır”, - açıqlamada vurğulanıb.

Bazar ertəsi 19 yaşlı bir tələbə Fransa prezidentinə yumurta atıb. Gənc oğlan saxlanılan zaman "Yaşasın inqilab!" şüarını səsləndirib.

Bu, il ərzində Makrona ikinci hücumdur. İyun ayında, ölkənin cənub -şərqinə səfəri zamanı bir qrup yerli sakinə yaxınlaşan prezidentə həmin şəxslərdən biri şillə vurmuşdu.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa  





Xəbər lenti