Müdafiə Nazirliyi Ermənistan mətbuatını təkzib etdi

   Müdafiə Nazirliyi Ermənistan mətbuatını təkzib etdi
  28 Sentyabr 2021    Oxunub:1217
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirib.
Nazirlikdən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Azvision.az


Teqlər: MN  





Xəbər lenti