Taliban Zahir-Şahın dövründəki konstitusiyadan istifadə edəcək

Taliban Zahir-Şahın dövründəki konstitusiyadan istifadə edəcək
  28 Sentyabr 2021    Oxunub:934
Əfqanıstanda müvəqqəti olaraq ölkənin sonuncu şahı olmuş Məhəmməd Zahir-Şahın dövrünün konstitusiyası qüvvədə olacaq.
Azvision.az xəbər verir ki, bunu “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Suheyil Şahin deyib.

Onun sözlərinə görə, “Taliban” hökuməti ölkənin bütün sakinlərinin hüquqlarını nəzərə alaraq gələcəkdə Əsas Qanunu hazırlayacaq.

Bundan əvvəl ölkədə ədliyyə naziri vəzifəsini icra edən Abdul Hakim Şari bildirib ki, şəriətə zidd müddəalar istisna olmaqla Əfqanıstanda müvəqqəti olaraq Zahir şah dövrünün konstitusiyası tətbiq ediləcək.

S.Şahinə görə, bu konstitusiyaya qayıtmaq ehtiyacı "Taliban" hakimiyyətə gəldikdən sonra yaranan boşluqdan qaynaqlanır: "Bu, müəyyən müddət üçün nəzərdə tutulub. Ancaq başqa bir konstitusiya üzərində işləyəcəyik ki, bu daimi olacaq və insanların bütün hüquqları orada nəzərə alınacaq".

"Taliban" sözçüsü yeni konstitusiyanın azad və müstəqil Əfqanıstanda qəbul ediləcəyini və sənədin səsverməyə çıxarılacağınl söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Taliban   Konstitusiya  





Xəbər lenti