Mustafa Şəntop: “Türkiyə həmişə Azərbaycanın yanındadır”

      Mustafa Şəntop:    “Türkiyə həmişə Azərbaycanın yanındadır”
  28 Sentyabr 2021    Oxunub:836
"Sentyabrın 27-si işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edir və şəhidlərimizi rəhmətlə anıram”.
Azvision.az xəbər verir ki, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.

“Qarabağ Azərbaycandır! Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. İşğalın başa çatmasından sonra regionda sabitliyin bərqərar olması üçün hər cür dəstəyi veririk. Gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - M. Şentop vurğulayıb.

Azvision.az





Teqlər: Şəntop   Qarabağ  





Xəbər lenti