Avropa Şurası Azərbaycan və Ermənistan arasında etimad yaratmaq istəyir

  28 Sentyabr 2021    Oxunub :320
      Avropa Şurası    Azərbaycan və Ermənistan arasında etimad yaratmaq istəyir
“Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hər iki ölkə ilə danışıqlara başlamışıq”. Azvision.az xəbər verir ki, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Şurasına üzv olan bəzi ölkələrdə hələ də həllini tapmayan konfliktlər var.

Baş katib bildirib ki, Avropa Şurasının bu bölgələrə maneəsiz daxil olması monitorinq prosesi üçün vacibdir.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, etimadın qurulması tədbirləri tərəflər arasında münaqişənin həll olunması üçün ən vacib amillərdən biridir və hər iki dövlət buna etiraz etmədikcə bu mövzuda işlər davam etdiriləcək.

Azvision.az
.

Teqlər: AvropaŞuyrası   Azərbaycan   Ermənistan  







Xəbər lenti