Pentaqon "Taliban"ı terror təşkilatı sayır

  Pentaqon "Taliban"ı  terror təşkilatı sayır
  28 Sentyabr 2021    Oxunub:1001
"Taliban" "Əl-Qaida" ilə əlaqələrini kəsməyib. Azvision.az xarici mətbuata istonadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Senatda Əfqanıstanla bağlı keçirilən dinləmələr zamanı deyib.
“"Taliban”ın terror təşkilatı olduğunu, belə qalmağa davam etdiyini və "Əl-Qaidə" ilə əlaqələrini kəsmədiyini xatırlamalıyıq", - o, Senatın Müdafiə Komitəsinin iclasında bildirib.

ABŞ generalının sözlərinə görə, terrorçuların Əfqanıstan ərazisindən hücum təşkil etmək qabiliyyətini bərpa etməsi reallıqdır.

“Taliban” Əfqanıstanda hakimiyyəti bir müddət ələ keçirib.

Azvision.az



Teqlər: Pentaqon   Taliban  





Xəbər lenti