Dövlət başçısı: “Sərhədsiz reportyorlar”ın hesabatı heç bir əhəmiyyət daşımır"
Dövlət başçısı əlavə edib: "Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur. Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir. Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmi?
İlham Əliyev "Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?" sualına cavabında deyib:
"Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir".
Azvision.az
Teqlər: Prezident Sərhədsiz-Reportyorlar