Şimalı Koreya yeni silahı sınaqdan keçirdi

 Şimalı Koreya yeni silahı sınaqdan keçirdi
  29 Sentyabr 2021    Oxunub:1083
Şimali Koreyanın TsTAK agentliyi bir gün əvvəl ölkədə “Hvason-8” hipersəsli raketinin sınaqdan keçirildiyi haqda məlumat yayıb. Cənubi Koreya nəşri “Renxap”ın verdiyi məlumata görə, sinaqlar sentyabrın 28 -də gecə saatlarında Yangando əyalətində keçirilib və Yapon dənizinə ballistik raket buraxılmasıyla müşayiət olunub
Azvision.az bu məlumatı Rusiya mediasından əldə edib.

"Hipersəsli raketin istehsalı beşilliyin prioritet strateji silah hədəflərindəndir və ardıcıl elmi, etibarlı inkişaf prosesinə uyğun gerçəkləşdirilib", - “Renxap” nəşri TsTAK-ın məlumatına istinadən xəbər verir.

ABŞ silahlı qüvvələrinin rəyinə görə, dünənki raket buraxılışı Amerika kontingenti və ABŞ müttəfiqləri üçün birbaşa təhlükə yaratmayıb. Bundan sonra ABŞ Dövlət Departamenti KXDR-i BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırıb. Sınaqlar zamanı Baş Assambleyada çıxış edən KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim Sunq KXDR-in bununla yalnız milli müdafiəsini gücləndirdiyini söyləyib.

Nadir Quliyev
Azvision.az



Teqlər: KXDR   Raket  





Xəbər lenti