Ermənistanda koronavirusa yoluxanların sayı 260 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 260 mini keçdi
  29 Sentyabr 2021    Oxunub:563
Ermənistanda son sutka ərzində daha 896 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 260 675 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 22 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5299-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1208 nəfərdir. Aktiv xəstələrin sayı 12 977 nəfər təşkil edir.

Pərvanə Sultnova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti