Ərdoğan Rusiyaya səfərə gedib

 Ərdoğan Rusiyaya səfərə gedib
  29 Sentyabr 2021    Oxunub:696
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşüb.
Azvision.az xəbər verir ki, bu gün Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

R.T.Ərdoğanı səfərdə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşayiət edir.

Kremlin yaydığı məlumata görə, liderlər ticari- iqtisadi tərəfdaşlığı, Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti