Ərdoğan Putinə - "Dost dar gündə tanınar"
"Xalqım və ölkəm adından sizə təşəkkür edirəm... Dost dar gündə tanınar!"- deyən Ərdoğan yanğınlarla mübarizədə dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib. Türkiyə prezidenti təbii fəlakətin fəsadlarını aradan qaldırmağa çalışarkən həyatını itirən rus və türk yanğınsöndürənləri bir daha yad edərək onların yaxınlarına başsağlığı verib.
Rusiya prezidenti Vladimir Putin isə, ölkəsinə səfər etdiyi üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
-Dəvətimi qəbul edib, Rusiyaya gəldiyiniz üçün təşəkkür edirəm. Pandemiya il yarım ərzində şəxsən görüşməyimizə imkan vermədi. Ancaq buna baxmayaraq daim əlaqə saxladıq-, Putin qeyd edib.
Pərvanə Sultanova
Azvision.az