“YAŞAT”dan tələbə olan şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı

 “YAŞAT”dan tələbə olan şəhid ailəsi üzvlərinə və qazilərə pul mükafatı
  29 Sentyabr 2021    Oxunub:622
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib.
Bu barədə Azvision.az -a "YAŞAT" Fondundan məlumat verilib. Bildirilib ki, birdəfəlik pul mükafatı bu gün tələbələrin bir qisminə təqdim edilib.

Yeni tədris ilində hər birinizə uğurlar arzu edirik!







Azvision.az


Teqlər: YAŞAT  





Xəbər lenti