Putinlə Ərdoğanın vaksin söhbəti - VİDEO

 Putinlə Ərdoğanın vaksin söhbəti -  VİDEO
  29 Sentyabr 2021    Oxunub:4317
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana koronavirusa qarşı “Sputnik V”lə peyvənd olunmağı təklif edib. "Gün ərzində yoluxmuş şəxslə bir yerdə olmağıma baxmayaraq, xəstələnmədim. Buna görə də növbəti dəfə yenidən peyvənd olunanda "Sputnik"dən istifadəni təklif edirəm”, - Putin deyib.
Rusiya lideri peyvənddən sonra yüksək antitelə sahib olduğunu əlavə edib.

Ərdoğan:Antitel səviyyəniz nədir?
Putin: 15-16 səviyyəsində.
Ərdoğan: Çox aşağıdır.
Putin: Fərqli metodla hesablanır. Allaha şükür, mən COVİD-ə tutulmadım. Siz də gücləndirici doza olaraq "Sputnik V" peyvəndi vurdurun.
Ərdoğan: Mən üçüncü dozanı da vurdurmuşam.
Putin: Onda gələn dəfə.





Teqlər: Peyvənd   SputnikV  





Xəbər lenti