Azərbaycanla Gürcüstan arasında sənədlər imzalanıb

 Azərbaycanla Gürcüstan arasında sənədlər imzalanıb
  29 Sentyabr 2021    Oxunub:733
"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri çox uğurlu oldu. Bu, son üç ayda ikinci səfər idi. Birinci səfər rəsmi səfər idi və həmin vaxt bizim ikinci səfərimizin həyata keçirilməsi ilə bağlı vacib qərar qəbul olundu".
Azvision.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani İrakli Qaribaşvilinin Bakıya səfərinin yekunlarını şərh edərkən söyləyib.

“Bilirsiniz ki, Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyanın iclası müxtəlif səbəblərdən son 10 il ildir keçirilmirdi. Bakıya birinci səfərimizdən üç ay sonra biz sayca 8-ci iclasın keçirilməsinə nail olduq. Azərbaycan bizin strateji tərəfdaşımız və çox vacib qonşumuzdur. İkitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafı bizim üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə Zalkaliani vurğulayıb.

Onun sözlərinə görə, Bakıda keçirilən görüşlərdə müzakirə olunan məsələlər həm iki ölkə, həm də region dövlətləri üçün mühüm əhəmiyyətə malikdir.

David Zalkaliani həmçinin qeyd edib ki, hökumətlrarası komissiyanın iclasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər regionda uzunmüddətli sülhün qorunub saxlanmasına, vacib infrastruktur layihələrin həyata keçirilməsinə yönəlib.

Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, “Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.

Azvision.az



Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti