"8 Noyabr” prospektində yeni svetoforlar quraşdırılıb

"8 Noyabr” prospektində yeni svetoforlar quraşdırılıb
  29 Sentyabr 2021    Oxunub:529
Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Belə ki, piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən “8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.
Bu barədə Azvision.az - a BNA-dan məlumat verilib.

Bununla yanaşı Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti