Peyvənd olunan müəllimlərin sayı açıqlandı

Peyvənd olunan müəllimlərin sayı açıqlandı
  29 Sentyabr 2021    Oxunub:547
"Azərbaycanda müəllimlərin 90 faizindən çoxu peyvənd olunub".
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

"Vaksinasiyadan keçən hər bir təhsil işçisinə təşəkkür edirəm. Artıq müəllimlərimizin 90 faizindən çoxu bu prosesə qatılıb. Digərləri ya immunitet, ya da əks-göstəriş sertifikatı olduqlarına görə hələ ki vaksinasiyadan keçə bilməyib və yaxud keçmələri mümkün deyil. Az qisim müəllimlə maarifləndirmə işlərimiz davam edir”, - nazir vurğulayıb.

Azvision.az



Teqlər: Təhsil-naziri   Vaksin   Müəllim  





Xəbər lenti