Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək

   Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək
  30 Sentyabr 2021    Oxunub:1274
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının sözçüsü İbrahim Kalın “Haber Global”a bildirib.

“Füzuli hava limanının inşası bitmək üzrədir. Yaxın vaxtlarda onun açılışı olacaq. Türkiyə prezidenti də açılış mərasiminə qatılacaq”, - Kalın söyləyib.

Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanında sentyabrın 5-də ilk sınaq uçuşu həyata keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti