Əfqanıstanda 5 milyon insan məcburi köçkün vəziyyətinə düşüb

Əfqanıstanda 5 milyon insan məcburi köçkün vəziyyətinə düşüb
  30 Sentyabr 2021    Oxunub:1150
Əfqanıstandakı son qarşıdurma səbəbindən 5 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə “Ariana News” məlumat yayıb.

“Amnesty International”a görə, Əfqanıstanda artan humanitar böhran fonunda 5 milyondan çox məcburi köçkünün köməyə ehtiyacı var: "Dünya birliyi Əfqanıstana humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməlidir".

Qeyd olunub ki, müharibədən, dağıntılardan qaçan minlərlə insan Kabildə tibbi yardımla təmin edilməyən müvəqqəti düşərgələrdə çətin şəraitdə yaşayır. İndiyə qədər nə hakimiyyətdə olan “Taliban”, nə də başqa bir təşkilat onlara qayğı göstərib. Qaçqınlar xeyriyyə təşkilatlarını sığınacaq almaqda və ya evlərinə qayıtmaqda kömək etməyə çağırırlar.

“Taliban” tərəfindən yaradılan müvəqqəti hökumətin tərkibində olan Qaçqınların işi üzrə Nazirlik isə qaçqın sayının təxminən bir milyon nəfər olduğunu düşünür.

"30 təşkilatla məsləhətləşmələr aparılıb, məcburi köçkünlərin öz yurdlarına daşınması üçün nəqliyyat, ərzaq və nağd pulla təmin edilməsi məsələləri həllini tapıb. Mənzili olmayan və evini itirənlərin problemlərini də müzakirə etdik", - nazir müavini Arsalu Karoti bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Qaçqın  





Xəbər lenti