Deputatlar şəhidlərin xatirəsini yad ediblər

  30 Sentyabr 2021    Oxunub :232
   Deputatlar şəhidlərin xatirəsini yad ediblər
“Üç gün bundan əvvəl Azərbaycanda Anım Günü keçirilib. Vətən uğrunda canlarından keçənlərə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi”.
Azvision.az -ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O, bu möhtəşəm qələbəni xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz təşəkkürünü bildirib: “Müharibədə itkilərimiz olub. Xahiş edirəm, I və II Qarabağ müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.

Daha sonra deputatlar ayağa qalxaraq şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.


Azvision.az

Teqlər: Milli-Məclis  







Xəbər lenti