Amerikalılar Baydeni fitə basdılar- VİDEO

   Amerikalılar Baydeni fitə basdılar-   VİDEO
  30 Sentyabr 2021    Oxunub :463
ABŞ prezidenti Co Bayden gözlənilmədən bir beysbol oyununa tamaşa etməyə gəlib. Azvision.az xəbər verir ki, stadionda olan bir çox amerikalı bu gəlişi müsbət qarşılamayıb.
Baydenin meydana daxil olması idmansevərləri qəzəbləndirib. Tribunalardan çəkilən görüntülərdə ölkə rəhbərinin avtoqraf verərkən insanların uğultu və fit çalaraq narazılıqlarını ifadə etmələri aşkar görünür. Bəziləri isə təhqiramiz ifadələr səsləndirib.

Maraqlıdır ki, bu cür etirazlar respublikaçıların tərəfdarlarının əyləşdiyi tribunadan səslənib. Eyni zamanda, matçda olan demokratlar əks addım atıblar. Onlar Amerika liderini dəstəkləyərək ona komplimentlər səsləndiriblər.



Qeyd edək ki, bir müddət öncə Bayden Amerika mətbuatını aşağıladığı üçün tənqid olunmuşdu.

Tural Tağıyev
Azvision.az

Teqlər: Bayden  







Xəbər lenti