İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır

İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayır
  30 Sentyabr 2021    Oxunub:839
İran Silahlı Qüvvələrinin Quru Qoşunları sabahdan ölkənin şimal-qərb bölgəsində hərbi təlimlərə başlayacaq.
Azvision.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə zirehli texnika, pilotsuz uçuş aparatları, helikopterlərdən istifadə olunacaq.

K.Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Əlavə edib ki, ölkənin müxtəlif bölgələrində xüsusi rəqvim planı əsasında bu təlimlər keçirilir.

Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərini əhatə edir.

Azvision.az



Teqlər: İran   Təlim  





Xəbər lenti