Dağlıq ərazilərə qar yağacaq
Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 1-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 16-19° isti, dağlarda gecə 3-8° isti olacaq.
Azvision.az