Çex şirkətləri azad olunmuş ərazilərə investisiya qoya bilər - XİN rəhbəri
Nazir bildirib ki, bu sahədə ölkəyə Çex şirkətlərinin və investisiyalarının cəlb olunması üzrə danışıqlar aparılacaq: "Azərbaycanla Çex Respublikası arasında ikitərəfli münasibətləri müzakirə etdik. 2015-ci ildə ölkələrimiz arasında əməkdaşlıq barədə strateji saziş imzalanıb. Azərbaycan Çexiya ilə əlaqələrə yüksək qiymət verir. İki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir".
C.Bayramov İqtisadi əməkdaşlıq üzrə Komissiyanın fəaliyyətinin vacibliyi vurğulanıb. Qeyd edib ki, Azərbaycan Çex Respublikasının enerji ehtiyatlarına tələbatının üçdə bir hissəsini təmin edir:"Biz həm də IT və nəqliyyat sahələrində əməkdaşlıq edirik. Bundan başqa, Çex tərəfi Ələt azad iqtisadi zonasında işlərdə iştirak etməkdə maraqlıdır".
Azvision.az
Teqlər: Azərbaycan Çexiya