"Sülh sazişinin imzalanması Qafqazda rifahı təmin edəcək" - Kulhanek

   "Sülh sazişinin imzalanması Qafqazda rifahı təmin edəcək" -    Kulhanek
  30 Sentyabr 2021    Oxunub:1070
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazın rifahını təmin edəcək, sabitliyə və inkişafa töhfə verəcək”.
Azvision.az xəbər verir ki, bunu bunu Çexiyanın xarici işlər naziri Yakub Kulhanek azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Çexiya Ermənistanla Azərbaycan arasında sülh prosesini dəstəkləyir: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda rifahı və dayanıqlı sülhü təmin edəcək. Biz, həmçinin ATƏT Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin baş tutmuş görüşünü alqışlayırıq".

Nazir İkinci Qarabağ müharibəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

O, Azərbaycanın Avropa İttifaqı və Çexiya üçün kifayət qədər önəmli tərəfdaş olduğunu əlavə edib. Əfqanıstandan təxliyə prosesinin reallaşdırılmasında göstərdiyi dəstəyinə görə Azərbaycana təşəkkür edib.

Azvision.az



Teqlər: Azərbaycan   Çexiya  





Xəbər lenti