Öldürülən qadın əri döydüyü üçün polis şöbəsinə gedibmiş

  30 Sentyabr 2021    Oxunub :564
   Öldürülən qadın əri döydüyü üçün polis şöbəsinə gedibmiş
Bu gün polis işləyən əri İsmayıl Məmmədov tərəfindən polis şöbəsində güllələnərək öldürülən Xanım Məmmədovun xalası Nəsibə Məmmədova cütlüyün mübahisəsi ilə bağlı danışıb.
Azvision.az Baku TV-yə istinadən xəbər verir ki, mərhumun xalası N.Məmmədova deyib ki, İ.Məmmədov çox qısqanc olduğu üçün Xanıma onlarla əlaqə saxlamağa da icazə vermirmiş: “Biz onların ailəsinə heç vaxt qarışmamışıq. Mən Bakıda olsam da həmişə istəmişəm ki, bizə gəlsinlər, amma gəlməyiblər. Həyat yoldaşı çox qısqanc idi, heç yerə getməyə qoymurdu.

Yeddi ilə yaxın idi ki, evli idilər. Xanım Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişdi. İkinci kursda oxuyanda İsmayıl elçi göndərmişdi. Bir-birilərini sevib evlənmişdilər.

İki övladları var. Böyük uşağı 1-ci sinfə gedir. Xanım səhər anasına zəng edibmiş, bacım da deyib mən qarışmıram. Bildiyimə görə, İsmayıl Xanımı döydüyünə görə ondan şikayət etməyə gəlibmiş”.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü İ. Məmmədov əslən Xocalı rayonundandır. Atası, Məmmədov Vaqif Şamil oğlu Birinci Qarabağ müharibəsində şəhid olub.

Rəsmi açıqlamaya görə, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.



Azvision.az

Teqlər: Qətl  







Xəbər lenti